27 Avqust 2021 22:56
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan sülhməramlılarının zabiti olaraq Əfqanıstanda missiyamızı şərəflə yerinə yetirib geri döndük.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının tərkibində xidmət edən və bu gün vətənə qayıdan baş leytenant Gündüz Salahov deyib.

O bildirib ki, bu ilin may ayından Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində Azərbaycanı təmsil edir: "Türkiyə hərbçiləri ilə birlikdə Kabul Hava Limanını mühafizə edirdik. Son hadisələrdə isə Türkiyə hərbçiləri ilə birlikdə əhalinin təhlükəsiz təxliyyəsini həyata keçirmişik, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmişik. Hazırda vətəndəyik, bundan sonra da Ali Baş Komandan və Müdafiə nazirinin əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hazırıq".

Qeyd edək ki, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı bu gün Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdıb.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər