Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Lənkəran rayon sakinləri İ.Həsənov və D.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar izahedici söhətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.