1 Sentyabr 2021 16:20
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.

Yaxınlarının iddiasına görə, rejissor vaksin vurduqdan sonra vəfat edib.

TƏBİB-dən bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub:

“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər