Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 1-də ölkə üzrə 422 ictimai iaşə obyektində 716 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Hacı Zeynalabdin Tağıyev küç., ev 1230 ünvanında yerləşən, fiziki şəxs Mustafayev İsrafil Natiq oğluna məxsus “Şanı” kafesi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Eldar Xəlilov küçəsi 68 ünvanında yerləşən, fiziki şəxs Novruzov Mahmud Rövşən oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədəli oğluna məxsus “Şaurma N1” restoranı;
5. Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən, fiziki şəxs Zeynalov Urfan İbad oğluna məxsus “Lounge” restoranı;
6. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Alim Şəbiyev küçəsi 9G ünvanında yerləşən, fiziki şəxs Əliyev Səyyad Azər oğluna məxsus kafe;
7. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Tatarcıoğlu Abdurrahmana məxsus kafe;
8. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şosesi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Əzizov Lətif Baba oğluna məxsus kafe;
9. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Fətəliyev Mübariz Füzuli oğluna məxsus kafe;
10. Bakı şəhəri, Səbail rayonu, Abbasov küç., ev 1 ünvanında yerləşən, hüquqi şəxs "Yeni Bulvar" MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;
11. Salyan rayonu, İsmayılov küçəsində yerləşən, fiziki şəxs Abdullayev Zahid Əliağa oğluna məxsus çay evi;
12. Salyan rayonu, T. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Qarayev Ramil Şirəli oğluna məxsus kafe;
13. Salyan rayonu, Əliyev pr. 410 ünvanında yerləşən, fiziki şəxs Göyçayev Elnur Vahub oğluna məxsus “Banuçiçək” restoranı;
14. Salyan rayonu, Həmidov küçəsində yerləşən, fiziki şəxs Hüseynov Aqil Ələkbər oğluna məxsus kafe;
15. Salyan rayonu, İ. Qayıbov küçəsində yerləşən, fiziki şəxs Nurəliyeva Natavan Mükalı qızına məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.