3 Sentyabr 2021 12:12
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu ilin avqust ayında 2010-cu ildən sonra ikinci ən uzun müddətli isti hava dalğası qeydə alındı. Ay ərzində havanın temperaturu iqlim normasından 5 dərəcə yüksək oldu. Zəif cənub-şərq və qızmar cənub küləkləri üstünlük təşkil edirdi. Hava daha çox Abşeron yarımadasında bürkü idi".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, nəhayət, sentyabrın 2-si axşama doğru ölkə ərazisinə azor antisiklonunun daxil olması nəticəsində hava şəraiti dəyişdi: "Xəzri əsdi. Bununla da havanın temperaturu aşağı endi. Respublikanın bir sıra rayonlarında güclü külək qeydə alındı. Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-ə çatdı. Bu gün gündüz saatlarında külək mülayimləşəcək. Lakin axşama doğru Bakıda və Abşeron yarımadasında yenidən küləyin 25-30 m/s-ə qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə saatlarında güclü külək davam etsə də, ayın 4-də səhər külək mülayimləşəcək. Sentyabrın birinci ongünlüyündə daha çox sərin hava üstünlük təşkil edəcək. Çünki artıq 6-sı axşam saatlarından başlayaraq birinci ongünlüyün sonuna kimi arabir güclənən şimal küləyinin üstünlüyü gözlənilir. Havanın temperaturu paytaxtda 28-30-31 dərəcədən yüksək olmayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər