3 Sentyabr 2021 14:38
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov ermənilər tərəfindən əsir götürülən Cəmil Babayevlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Xankəndidə baş tutan görüş zamanı Rüstəm Muradov hərbçimizin saxlanma şəraiti və səhhəti ilə tanış olub.

Ona ailə üzvləri və yaxınları ilə əlaqə yaratmağa şərait yaradılıb.

Qeyd edək ki, Cəmil Babayev avqustun 25-də Ağdərə istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə ermənilər tərəfindən əsir götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər