Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi 8-i səhər saatlarından tədricən mülayimləşəcək.