Özəl məktəblərin təhsil planı dövlət məktəblərindən fərqlənir. Bu məktəblərdə təhsil müddəti 36-38 həftədirsə, dövlət məktəblərində 34 həftədir.
Teleqraf. com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirillən brifinqdə bildirib:
"Təhsilin başlama vaxtı özəl məktəblərin öz qərarıdır. Lakin yoluxma halları artığı halda eyni qaydalar özəl məktəblərə də şamil edilir. Biz, ardıcıllığın qorunmasının tərəfdarıyıq.
Doğrudur, özəl məktəblər daha kiçikdir, şagird sayı daha azdır. Bunun ölkədəki epidemioloji vəziyyəti dəyişəcəyini düşünmürük. Təhsil Nazirliyi olaraq başa düşürük ki, 38 həftəlik proqramı 34 həftədə keçmək mümkün deyil. Lakin burada risk və düzgün prooqnozlaşdırma bacarığı vacibdir".