Qarabağ müharibəsindən sonra dünya dronlarımıza maraq göstərir.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Baykar” şirkətinin direktoru Səlcuq Bayraktar söyləyib.
Onun sözlərinə görə, Türkiyə PUA-larına bütün dünyada böyük maraq var: "Xüsusilə İdlib və Qarabağdakı əməliyyatlardan sonra bu maraq daha da artıb. Bu vaxta qədər imzalanan 10-dan çox razılaşma var", - o qeyd edib.