Sentyabrın 10-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhərində yerləşən Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin inzibati binasında faciəli şəkildə həlak olmuş Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri ordu generalı Yevgeni Ziniçevlə vida mərasimi keçirilib.
Teleqraf.com FHN-nin saytına istiadla xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mərasimdə iştirak edib, mərhumun xatirəsinə ehtiramını bildirib. Nazir mərasimdə iştirak edən Y.Ziniçevin ailə üzvlərinə, yaxınlarına və Rusiya Fövqəladə Hallar Nazirliyinin kollektivinə başsağlığı verib.