11 Sentyabr 2021 14:19
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Milli Məclisin payız sessiyasında şəhid ailələrinə və qazilərə dəstəklə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub".

Teleqraf.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

O bildirib ki, komitənin qanunvericilik işləri planına salınmış “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə isə işçi qrupunda baxılıb: "Qanun layihəsi hazırlanan zaman müxtəlif ölkələrin oxşar qanunvericiliyi araşdırılıb. Bundan başqa, xeyriyyəçilik sahəsində böyük təcrübəsi olan Heydər Əliyev Fondunun və “YAŞAT” Fondunun təcrübəsi öyrənilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər