12 Sentyabr 2021 09:04
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə tədqiqatçılar 1989-2010-cu illər arasında keçirilən "Vasaloppet" adlı dünyanın ən böyük uzun məsafəli xizək yarışında iştirak edən və etməyən 400 min şəxs üzərində tədqiqat aparıblar.

Teleqraf.com-un xəbərinə görə, tədqiqat zamanı məlum olub ki, mütəmadi idman etmək narahatlıq riskini 60 faiz azaldır.

21 ildir aparılan tədqiqatlarda fiziki aktivliyin kişilərlə müqayisədə qadınların sağlamlığına daha müsbət təsir etdiyini aşkarlanıb.

Kişi və qadın xizəkçilər üzərində aparılan təcrübələrdə kişi xizəkçilərin performans səviyyələri ilə narahatlıq pozuqluğu arasında birbaşa əlaqə tapılmayıb.

Bununla yanaşı, yüksək performans nümayiş etdirən qadınlarda idman etməyənlərə nisbətən narahatlıq riskinin daha aşağı olduğu məlum olub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər