14 Sentyabr 2021 11:56
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayonu ərazisində yerləşən çalışdığı çörək sexində əmək hüquqlarının pozulması ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan bildirilib.

Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınmış, o cümlədən digər zəruri zəruri tədbirlər görülüb.

Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapmış və H.Məmmədquluyevin müraciəti təmin olunub.

Prokurorluğa müraciət edərək məmnun qalan Həsrət Məmmədquluyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər