Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.
Teleqraf.com xəbər verir ki, Gündüz Quliyev 1992-ci ildən məhkəmə sistemində çalışıb.
2013-cü ilin avqustunun 6-dan Ali Məhkəmənin hakimi təyin olunub.
Gündüz Quliyev 12 sentyabr 1956-cı ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olub.