15 Sentyabr 2021 20:14
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Azərbaycan Neft və Sənaye Universitetində dərslər həm onlayn, həm də ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Hətta bəzi tələbələr artıq müəllimlərin cədvəllərinin də müəyyənləşdiyini qeyd ediblər.

Məsələ ilə bağlı ali məktəbin mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib:

“Hazırda universitetdə dərslərin hibrid formada keçirilməsi ilə bağlı göstəriş yoxdur. Bununla bağlı qərarlar Təhsil Nazirliyi səviyyəsində qəbul olunur. Bu məsələ müzakirə olunur, təlimat verilməyib. Dərslər 29 sentyabrdan etibarən 5 günlük qrafiklə əyani formada keçiriləcək” – deyə məlumatda qeyd olunub.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər