15 Sentyabr 2021 15:29
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda ölkədə epidemioloji vəziyyət müsbətə doğru gedir. Yoluxma sayında azalma müşahidə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, sağalan insanların sayı yeni yoluxanları üstələyib: “Bu, xəstəxana yükünün azlamasında özünü göstərir. Bunlar müsbət dinamikadan xəbər verir. Yoluxmaların daha çoxu Bakı şəhərində olur”.

“Əksər xəstəliklərin kəskin alovlanma dövründə peyvənd vurdurula bilməz. Xəstəlik idarəolunan səviyyəyə düşəndə vaksin vurula bilər. Təbii ki, insanlar həkimə müraciət edərək xəstəliyin hansı dövrdə olduğunu öyrənə bilərlər. Həkim məsləhətindən sonra peyvənd vurdurmaq olar”, - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər