17 Sentyabr 11:35
269

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Teleqraf.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sabiq səfir səhhətində yaranmış problemlər barədə danışıb.

Eldar Həsənov deyib ki, vəziyyətinə dair məlumat verərək məhkəməyə gəlməsi çətindir.

Hakim Əfqan Hacıyev isə cavab olaraq qeyd edib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.

Hazırda Eldar Həsənov iş üzrə ifadə verir.

Qeyd edək ki, bundan öncə 9 və 13 sentyabr iclaslarında E.Həsənovun vəziyyəti pisləşdiyi üçün proses təxirə salınmışdı. Məhkəmənin 13 sentyabr iclasında hətta E.Həsənov huşunu itirərək yıxılmış, məhkəməyə təcili yardım çağırılmışdı.


Müəllif: Teleqraf.com