19 Sentyabr 2021 13:15
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxanların sayı 228 milyon nəfəri keçib.

Teleqraf.com xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 228 167 999 nəfərə çatıb, koronavirusa yoluxanlardan 4 686 384 nəfəri ölüb.

Məlumata əsasən, 20 milyondan çox yoluxma halı qeydə alınan ölkələr sırasına ABŞ, Hindistan və Braziliya daxildir.

ABŞ-da koronavirusa 42 050 752 nəfər yoluxub, 673 474 nəfər isə koronavirusdan vəfat edib. Hindistanda bu göstəricilər müvafiq olaraq 33 448 163 və 444 838 nəfərə bərabərdir. Braziliyada isə hazırkı dövrədək 21 230 325 yoluxma və 590 508 ölüm halı qeydə alınıb.


Müəllif: Teleqraf.com