6 May 2014 12:32
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirmiş və buraxılış imtahanından uğurla keçmiş 29 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.

Teleqraf.com-un məlumatına görə, onlardan 21 nəfəri kompüter istifadəçisi, 4 nəfəri bərbər və daha 4 nəfəri isə tikişçi peşələrinə yiyələnib. Tikişçilik kursunu bitirən, lakin imtahandan keçə bilməyən bir nəfər əlilliyi olan şəxsin isə peşə hazırlığının uzadılması qərara alınıb. Şəhadətnamələrin təqdim olunması tədbirində qeyd olunub ki, burada yeni peşələrə yiyələnən əlilliyi olan şəxslərin əmək bazarına çıxışı xeyli asanlaşıb. Həmçinin onlar özünüməşğulluq imkanları qazanıblar. Əlilliyi olan şəxslərin burada yiyələndikləri peşələr üzrə səmərəli məşğulluqlarının qısa müddətdə təmin edilməsi üçün onların yaşadıqları ərazilər üzrə məşğulluq xidməti orqanlarına məktubla müraciət ediləcək.

Mərkəzdə ümumilikdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kursları təşkil edilir və hazırda bu kurslarda 97 nəfər əlilliyi olan şəxs peşə təlimindədir. Peşə şəhadətnamələri alan əlilliyi olan şəxslər sevinclərini bölüşərək, onların rifah halının yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya olunmaları, həmçinin məşğuluq imkanlarına yiyələnmələri üçün göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Naibə


Müəllif: