20 Sentyabr 2021 13:50
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinə start verilir.

Teleqraf.com xəbər verir ki, müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir.

Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcək. Qaliblər pul mükafatı ilə mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini (esse.vetenim@gmail.com) e-mail adresinə göndərə bilərlər. Daha ətraflı AFİŞAda qeyd olunub.


Müəllif: Teleqraf.com