Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Jurnalistin müalicə aldığı "Yeni Klinika"dan Teleqraf.com-a bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.
"Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub", - deyə klinikadan məlumat verilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.