“Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur".
Teleqraf.com-un xəbərinə görə, bunu Pakistan Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn bildirib.
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimdə danışan general deyib: "Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunub. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcək”.