21 Sentyabr 2021 17:09
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin İstanbul boğazı üzərində nümunəvi uçuşları başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda MİQ-29-lar səmada müxtəlif manevrlər etməkdədirlər.

* * *

11:25

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları həyata keçiriblər.

Teleqraf.com-un xəbərinə görə, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsi festival müddətində İstanbul üzərində nümunəvi uçuşlar keçirəcək. Tədbir sentyabrın 26-dək davam edəcək.


Müəllif: Teleqraf.com