21 Sentyabr 2021 15:29
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun "İnstagram" sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 56 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər