Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhər 5 nömrəli, Şəki rayon Qoxmuq kənd, Zaqatala şəhər 2 nömrəli, Qəbələ şəhər 4 nömrəli, Şamaxı şəhər 1 nömrəli, Ağsu şəhər 3 və 4 nömrəli tam orta məktəblərində, Balakən şəhər Humanitar və texniki təmayüllü liseyində, Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhər 16 nömrəli, Hacıqabul şəhər 10 nömrəli, Sabirabad şəhər 2 nömrəli tam orta məktəblərində və Salyan şəhər 7 saylı Texniki fənlər təmayüllü lisey-məktəbində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sumqayıt şəhər 2, 5, 16, 21 və 25 nömrəli tam orta məktəblərində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Məktəblərin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.
Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.
Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.