22 Sentyabr 2021 16:25
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı silsilə tədbirlər keçirir.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında, Qobustan rayon Təhsil Şöbəsində, Qobustan şəhər 1, 2 və 3 nömrəli, Abşeron rayon 1 və 2 nömrəli, Binəqədi rayon 99 nömrəli tam orta məktəblərində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Azərbaycan Pedaqoji Universitetinin Səbail rayonunun ərazisində yerləşən binasında, həmçinin, həmin rayonda yerləşən 2 nömrəli liseydə, 132-134 nömrəli təhsil kompleksində, 160 nömrəli Klassik gimnaziyasında, 189-190 nömrəli tam orta məktəblərində, Nəsimi rayonunda yerləşən 46 nömrəli və Yasamal rayonu ərazisindəki 31 nömrəli tam orta məktəblərində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xətai rayonunda yerləşən 27, 55, 56, 58, 147, 265 nömrəli tam orta məktəblərində və 287 nömrəli “Zəkalar” liseyində, Nərimanov rayonunda yerləşən Azərbaycan Diplomatik Akademiyasında və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 saylı binasında, 34, 37, 57, 73, 93, 207, 258 nömrəli tam orta məktəblərində və 2 nömrəli Bakı Peşə Məktəbində, Nizami rayonunda yerləşən 129, 145, 227, 242, 272, 277 nömrəli tam orta məktəblərində və Bakı Qida Sənaye Kollecində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sabunçu rayon 192, 271 və 295 nömrəli, Suraxanı rayon 270 və 327 nömrəli, Xəzər rayon 181 nömrəli tam orta məktəblərində və Abşeron Binə Peşə Liseyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Təhsil müəssisələrinin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər