22 Sentyabr 2021 20:49
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 920 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 106 885, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 652 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 454 764 təşkil edir.


Müəllif: Teleqraf.com