25 Sentyabr 2021 13:41
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək".

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi olaraq bu qaydalara ciddi nəzarət olunacaq. Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər