26 Sentyabr 2021 17:23
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bel nahiyəsindəki yağlardan xilas olmaq olduqca çətindir. Ancaq bu çətin müddətdə köməkçi olacaq şeylər də yox deyil. İdmanın və pəhrizin yanında istehlak etdilən içkilər xüsusilə bu bölgədə əriməyə köməkçi olur.

Teleqraf.com artıq çəkindən qurtulmaq üçün faydalı məsləhətləri təqdim edir.

Təzə sıxılmış qreypfurt şirəsi

Qreypfrut C vitamini deposu olaraq bilinir və xüsusilə mövsüm keçidlərində istehlak edilməsi tövsiyə edilir. Qreypfurtun bir digər xüsusiyyəti isə yağ yandırma müddətini və maddələr mübadiləsini sürətləndirməsidir.

İsti şokalad

Bu qədər qatı bir içkinin lazımsız olduğunu düşünə bilərsiniz. Ancaq “bitter” şokoladla hazırlanmış isti şokolad iştahanızı kəsə bilər. Yüksək kalorili olduğu üçün səhərlər və ğün içərisində acdığınız zaman qəbul edilməsi məsləhətdir.

Yaşıl çay

Tərkibində olan antioksidanlar sayəsində qarında olan yağlardan qurtulmağa kömək edir. Ən önəmlisi isə məşqdən əvvəl yaşıl çay istehlak etmək daha çox yağ yandırmağa təkan verir.

Nanə çayı

Təzələyici və rahatlaşdırıcı bir təsirə sahib olan nanə çayı bel bölgəsindəki yağların aradan qaldırılmasına kömək edir. İstehlak edilən yağların həzm edilməsini təmin edərkən eyni zamanda çox ağır yeməklərdən sonra şişkinliyin qarşısını alır.

Su

Çəki vermək üçün su içmək olduqca əhəmiyyətlidir. Bol su istehlak edərək bədəninizin uyğun maye tarazlığında qalmasını təmin edirsiniz. Əgər su içmə vərdişiniz yoxdursa, suyun içərisinə limon, portağal və ya təzə nanə kimi dadlandırıcılar əlavə edə bilərsiniz.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər