26 Sentyabr 2021 16:53
1 999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 029 yeni yoluxma faktı qeydə alınıb, 2 680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 480 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 457 nəfər vəfat edib, aktiv xəstə sayı 22 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 151, ötən müddət ərzində isə ümumilikdə 4 823 654 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər