Rusiyada hər üç endokrinoloqdan biri 10 il ərzində şəkərli diabetin müalicəsinin mümkün olacağını ehtimal edir.
Teleqraf.com xəbər verir ki, bu nəticəyə "Rusiya həkimləri" və ölkənin ən böyük qida sənayesi istehsalçılarından olan "Efko" qrupuna mənsub səhiyyə mütəxəssislərinin birgə araşdırması əsasında gəlinib.
Tədqiqata 1038 endokrinoloq-həkim cəlb olunub.
Rəyi soruşulanların üçdə biri (29 faizi) qarşıdakı 10 il ərzində şəkərli diabeti tam müalicə edəcklərinə inanırlar. Respondentlərin təxminən yarısı (48 faiz) təkcə yeni müalicə üsulları ilə yox, həm də şəkərsiz yeni ərzaq məshulları ilə problemin həllinə nail olunacağını düşünür.
Bundan əlavə, həkimlərin böyük əksəriyyəti (83 faiz) çörək məhsulları (kekler, peçenye, çörək) və şirniyyatların diabetin inkişafını sürətləndirdiyini, 73 faiz xəstəlik riskinin trans yağlardan (marqarin) istifadənin artırdığını bildirib.
Həkimlərin yarıdan çoxu isə (53 faiz) şəkərin birinci səbəbini spirtli içkilərlə əlaqələndirib.