28 Sentyabr 2021 15:39
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Anım Günü” adlı tədbir - fləşmob həyata keçirilib.

Hərəkatdan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə “Davam”ın katibliyi, qazilər, şəhid ailələrinin nümayəndələri və 200-dən çox davamçı gənc iştirak edib.

Tədbir şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra əllərində Azərbaycan Respublikasının və “Davam” Gənclər Hərəkatının bayraqlarını dalğalandıran davamçılar hazırladıqları fləşmobu nümayiş etdirərək canlı şəkildə, uca səslə dövlət himnini ifa ediblər. Fləşmob zamanı Anım Günü ilə bağlı sosial media paylaşımları üçün nəzərdə tutulan həştəqlərin yer aldığı plakat ictimaiyyətə nümayiş olunub. Fləşmob ərazidən keçən vətəndaşların və şəhərimizin qonaqlarının xüsusi marağına səbəb olub, onlar telefonları ilə bu anların video və foto görüntüsünü çəkiblər.

Fləşmobun keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində canını Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qurban verən şəhidlərimizin Anım Gününü ictimai şəkildə qeyd etmək, cəmiyyətin diqqətini bu hadisəyə çəkərək gəncliyimizin öz Zəfər tarixini heç vaxt unutmayacağını göstərməklə birlik və vətənpərvərlik mesajı verməkdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər