Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.