Teleqraf.com wikipedia.org saytına istinadən bu gün tarixdə baş verən mühüm faktları və hadisələri diqqətinizə təqdim edir.
Miladi: 12 noyabr 2014
Hicri: 18 Məhərrəm 1436
İlin 316-cü günü
İlin sonuna 49 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr - 06.09
Günəş - 07.22
Zöhr - 12.29
Əsr - 15.30
Məğrib – 17.43
İşa – 19.01
1905 — Norveçdə referendum zamanı xalq monarxiyaya səs verib.
1918 — Avstriya Respublikası elan edilib, Habsburqlar sülaləsinin hakimiyyətinə son qoyulub.
1921 — Bakıda ali Qadın Pedaqoji Texnikumu açılmışdır.
1923 — Adolf Hitler adlı alman ekstremist həbs edilib.
1927 — Lev Trotski SSRİ rəhbərliyindən kənarlaşdırılıb, Stalin ölkədə faktiki olaraq yeganə liderə çevrilib.
1933 — Faşist partiyası Almaniyadakı parlament seçkilərində yerlərin 96%-ni əldə edib.
1940 — SSRİ xarici işlər naziri Molotov Hitler və Ribbentropla görüşmək üçün Berlinə gedib.
1950 — Aktyor Pərviz Bağırov anadan olub
1956 — Camal Əbdül Nasir Misir prezidenti seçilib.
1969 — Moskvaya səfər edən Cövdət Sunay, SSRİ-ni ziyarət edən ilk Türkiyə Prezidenti kimi tarixə düşüb.
1979 — ABŞ səfirliyi əməkdaşlarının Tehranda girov götürülməsindən sonra prezident Cimmi Karter İran neftinə embarqo qoyub.
1982 — Yuri Andropov SSRİ rəhbəri seçilib.
1995 – Azərbaycan xalqı referendumla öz konstitutsiyanı qəbul edib.
1996 — Səudiyyə Ərəbistanına məxsus “Boeing” Qazaxıstanın “İl 76” yük təyyarəsi ilə Hindistan səmasında toqquşub. Qəza nəticəsində 359 nəfər həlak olub.
1997 — ABƏŞ-in qazdığı ilk neft quyusu fontan vurub.
1998 — PKK lideri Abdullah Öcalan Roma hava limanında həbs edilib.
1995 — Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi haqqında ümumxalq səsverməsi (referendum) keçirilmişdir.
2001 — Nyu-Yorkdan qalxan təyyarə bir neçə dəqiqə sonra qəzaya uğrayıb, 260 nəfər həlak olub.
2003 — Türkiyə ölüm hökmünü qadağan edən sazişi imzalayıb.