6 May 2014 12:49
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

Teleqraf.com-un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, buna səbəb 10 May tarixində Heydər Əliyev sarayının qarşısında keçiriləcək Gül bayramına hazırlıq işlərinin görülməsidir.

Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

Bundan başqa axşam Bakıda daha bir neçə yol təmirə bağlanacaq. Belə ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Füzuli, Şamil Əzizbəyov küçələri və Bülbül prospektində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Babək Cahandarov


Müəllif: