“Builki tədris ili mahiyyəti baxımından əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir açılır:
“Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var”.