5 Oktyabr 2021 13:15
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib, anası Səmayə Həşimova ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə səfir özünün tvitter hesabında paylaşım edib.

“Şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Türk bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Səmayə xanım dedi ki, Allah türk millətini qorusun. Cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırmağımı xahiş etdi. Baş üstə cavabını verdim”, - diplomat bildirib.


Müəllif: Teleqraf.com