5 Oktyabr 2021 18:07
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli İncəsənət Muzeyində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir qrup əməkdaşının və bir sıra incəsənət xadimlərinin mükafatlarının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin 29 mart 2020-ci il, 5 iyun, 31 iyul, 17 mart 2021-cil tarixli Sərəncamlarında nəzərdə tutulmuş sənətçilərə mükafatlar təqdim olunub.

"İstiqlal" ordeninə layiq görülən Xalq artisti Xuraman Qasımova bildirib ki, torpaqlarımızın işğal olunmasını xalqımız hər zaman ürək ağrısı ilə xatırlayırdı:

"Bizi incidirdi ki, Üzeyir Hacıbəyovun uverturasını Şuşada dinləyə bilmirdik. Hələ ki, Şuşada olmamışıq.

Bilirəm ki, şəhər abadlaşır, Şuşamız artıq Mədəniyyət mərkəzinə çevrilir. Əminəm ki, gələcək tədbirlərdə iştirak edəcəyik. Çox həyəcanlı və qürurluyam. Cənab prezident və onun xanımına minnətdaram ki, mədəniyyət xadimlərinə öz dəstəklərini göstərirlər".

Daha sonra Xalq artisti Flora Kərimova da Şərəf Ordeni ilə təltif olunub. Torpaqlarımızın azad olunmasından söz açan sənətçi çıxışında prezident İlham Əliyevi oğlu adlandırıb:

"Vətən böyük ailədir. Vətəni ürəklə sevib ağılla qorumaq lazımdır. Mənim borcum həqiqəti deməkdir. Burda tədbir olcağını biləndə "Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm, ey Vətən" mahnısını xatırladım. İlham Əliyev sadəcə prezident deyil, həm də mənim oğlumdur. O, 30 il addım- addım bu qələbəyə doğru irəliləyirdi. Bu çətin şərtlərdə çox az dəstək olduğu halda bizə sevinci bəxş etdi.

Dostunu əsl qardaş etdi. Var olduğu və belə bir ürəyə sahib olduğu üçün təşəkkür edirəm

Bu illər ərzində hər gün yuxudan durub düşünürdüm ki Şuşanı görəcəmmi? Allaha dua edirim ki, üzünü bizə çevirsin. Və allah bizə vətəni ürəyi ilə sevib ağlı ilə qoruyan oğlu - İlham Əli göndərdi. Allah bizi belə oğullardan xali eləməsin. O, dünən dedi ki, əgər kişisənsə debata gəl. Düşmənlərimizin arasında kişi yoxdu. Onu bizə anası və atası göndərdi. Allah onu bizə çox görməsin".

Təltif olunanların siyahısını təqdim edirik:

"İstiqlal" ordeni

Qasımova Xuraman Əkrəm qızı

“Şərəf” ordeni

Kərimova Flora Ələkbər qızı

"Əməkdar artist" fəxri adı

Ağayeva Həcər Maqsud qızı

Dubovitskaya Mariya Aleksandrovna

Əmirbəyov Oleq Arnoldoviç

Hacıyeva Natavan Nizami qızı

İmranova İnna Aleksandrovna

Kimaşeva Bella Vladislavovna

Məmmədov Murad Məmməd oğlu

Omelçenko Yuri Vladimiroviç

Rəhimov Teymur Əsgər oğlu

Sokolenko Milana Aleksandrovna

"Əməkdar mədəniyyət işçisi" fəxri adı

Məmmədov İlham Əli İslam oğlu

3-cü dərəcəli “Əmək” ordeni

Baliyeva Natalya Gennadyevna

Əmirbəyova Rita Cəmil qızı

“Tərəqqi” medalı

Lerman Viktoriya Anatolyevna

Rudıçev Nikolay Nikolayeviç

Saprıkina Lyudmila Qennadiyevna


Müəllif: Teleqraf.com