12 Noyabr 2014 15:21
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Elektron-İdman Federasiyasının prezidenti Byunq Hun Junla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görüşün əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli sərəncamına müavafiq olaraq 13 noyabr 2014-cü il tarixdə Bakıda start götürəcək kompüter oyunları üzrə VI dünya çempionatı ətrafında müzakirələrin aparılması olub.

A.Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini diqqətə çatdırıb, bu sahədə nazirlik tərəfindən hər il republika üzrə yarışların keçirildiyini, Bakının Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini bildirib.

Nazir deyib ki, ötən il Azərbaycanda keçirilən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib: "Bu gün Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır”.

B.H.Jun ölkə başçısı İlham Əliyev tərəfindən Bakıda kompüter oyunları üzrə VI dünya çempionatının keçirilməsi ilə bağlı imzalanmış sərəncama görə dövlətimizə təşəkkürünü bildirib: “Digər ölkələrlə müqayisədə Azərbaycan kompüter oyunları üzrə dünya çempionatına çox böyük diqqət və maraq ayırır. Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq kompüter oyunları üzrə VI dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”.


Müəllif:

Oxşar xəbərlər