7 Oktyabr 2021 20:23
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür və yalnız valideynlərin razılığı əsasında aparılır. Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin əhali arasında peyvəndləmənin məcburi olması ilə bağlı bir sıra fikirlərə aydınlıq gətirmək istəyirəm. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda göstərilir ki, əhalinin müəyyən xəstəliklərə qarşı peyvəndlənməsi könüllü aparılır, lakin müəyyən yoluxucu infeksiyalar baş verdikdə məcburi peyvəndlənmə aparıla bilər.

Teleqraf.com Trend-ə istinadla xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmələr zamanı deyib.

V. Qasımov bildirib ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanunda həmin yoluxucu xəstəliklərin və məcburi peyvəndlənəcək əhali qruplarının siyahısı yer alıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə də baxmaq mümkündür”.

Nazir müavini qeyd edib ki, Azərbaycanda uşaqların dispanserizasiyası qanunvericiliklə tənzimlənsə də, yaşlı əhalinin dispanserizasiyası aparılmır. Bildirib ki, yaşlıların dispanserizasiyası məsələsinə baxılacaq.


Müəllif: Teleqraf.com