12 Noyabr 2014 16:11
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 8-9 noyabr tarixlərində Qəbələ şəhərində təşkil olunan Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş peyntbol idman növü üzrə respublika çempionatının qalibi olmuş Fövqəladə Hallar Nazirliyinin komandasının təltifetmə mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə qeyd olunub ki, Peyntbol Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, “ASAN xidmət”in və Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə baş tutan yarış gərgin idman mübarizəsi şəraitində keçib.

9 komandanın çıxış etdiyi yarışda Fövqəladə Hallar Nazirliyinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışları izləyən Avropa Peyntbol Federasiyasının vitse–prezidenti Viktor Toqayev və baş katibi Viktoriya Sorantçeva qalib komandaları təbrik edərək, Azərbaycan Peyntbol Federasiyası tərəfindən Avropa və dünya peyntbol çempionatında iştiraka dəvət ediblər.

Tədbirdə qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər