9 Oktyabr 2021 09:45
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədin əmisi Rüfət Əsədin 37 il sonra Şam şəhərinə qayıtdığı iddia edilir.

Teleqraf.com xəbər verir ki, məlumatı Suriyadakı Əsəd rejimi ilə yaxından əlaqəli olan "Vətən" qəzeti təsdiqləyib.

Məlumata görə, Şam şəhərinə qayıdan Rüfət Əsəd Suriyadakı rejimdə heç bir vəzifə tutmayacaq.

Xatırladaq ki, Rüfət Əsəd 1984-2016-cı illərdə Suriyanın dövlət vəsaitlərini mənimsəməsindən sonra Fransada qanunsuz olaraq qaçaqmalçılıq, rüşvətxorluq və vergidən yayınmaqda ittiham olunub.

Bu səbəblə o 14 il azadlıqdan məhrum edilib.


Müəllif: Aysel Azad