6 May 2014 13:34
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il aprelin 20-də Azərbaycan Respublikası Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində saxlanılmış erməni, 1956-cı il təvəllüdlü Mayelyan Vaqif Rubenoviç bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfə qaytarılıb.

Bu barədə Teleqraf.com-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda deyilir ki, insidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Səxavət


Müəllif: