11 Oktyabr 2021 19:13
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncəyə raket atıldıqdan sonra məsələni Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu​ olaraq üzərimizə götürdük. Orada olan erməni vəhşiliklərinin hamısından şəkilləri ilə birlikdə ingilis və Azərbaycan dillərində bülleten hazırladıq. Bunu bütün dünyaya göndərdik ki, ermənilərin müharibədə olmayan dinc şəhərə qarşı faşist münasibətini bilsinlər. Beynəlxalq təşkilatlardan bizə zəng gəldi.

Bunu Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O bildirib ki, Gəncə hadisələri ilə bağlı beynəlxalq təşkilatlar videokonfransda iştirak etsə də, heç bir reaksiya gəlməyib:

“Necə olur, insan haqlarından danışanda hamısı Azərbaycandakı siyasi məhbuslardan danışır, Amma dinc insanlara qarşı haqsızlığa qlobal münasibət bildirmədilər. Müharibə zonasından kənarda olan şəhərin sakinlərinə necə belə vəhşilik törətmək olar? Hesab edirəm ki, bu məsələni hər yerdə danışmalıyıq, gündəmdə saxlamalıyıq. Biz bunu unutmamalıyıq. Beynəlxalq təşkilatlardan bu vəhşiliyə cavab vermələrini tələb etməliyik”.


Müəllif: Aysel Azad