Oxşar xəbərlər
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun səhhətinin son 20 gündə kəskin pisləşməsi səbəbindən bu həftə keçirilməsi planlaşdırılan 2 məhkəmə iclası təxirə salınıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə keçmiş diplomatın vəkili Valeh Mehralıyev məlumat verib.
Onun sözlərinə görə, Eldar Həsənov bu gün son 4 ayda üçüncü dəfə DTX-nın hərbi tibb hospitalına yerləşdirilib. Vəkil qeyd edib ki, 67 yaşlı Eldar Həsənov bir neçə ağır xəstəliklərlə yanaşı, artıq hipertoniyadan da əziyyət çəkir: "Qətimkan tədbirinin dəyişdirilməsi üçün verdiyimiz vəsatətlərlə bağlı ümidlərimizi hələ də itirməmişik".