16 Oktyabr 2021 09:30
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Teleqraf.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.


Müəllif: Teleqraf.com