17 Oktyabr 21:26

Bakı-Qazax dəmir yolu xətinin Nəvahi kəndi ərazisindən keçən hissəsində qatar kənd sakinini, 1976-cı il təvəllüdlü Hüseynov Zəfər Hüseyn oğlunu vurub.

Teleqraf.com xəbər verir ki, nəticədə yaralı ağır vəziyyətdə qolun travmatik amputasiya diaqnozu ilə Şirvan şəhər xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com