19 Oktyabr 2021 15:57
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Davam” Gənclər Hərəkatının nümayəndələri oktyabrın 17-18-də Gəncə şəhərində səfərdə olublar.

Bu barədə Teleqraf.com-a “Davam” Gənclər Hərəkatından məlumat verilib.

Səfər çərçivəsində “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, katibliyin əməkdaşları 200-dən çox “davam”çı gənclə birlikdə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin müharibə qanunlarını qəsdən pozaraq mülki əhalini hədəf alan raket hücumları nəticəsində darmadağın edilmiş ərazidə olub, terror qurbanlarını yad ediblər.

Səfər çərçivəsində Gəncədə törədilən müharibə cinayəti nəticəsində hər iki valideynini itirən 2 yaşlı Nilay ziyarət olunub.

Səfərin sonunda isə “Davam”ın nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanına gedərək şəhidlərimizi yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.


Müəllif: Səxavət