19 Oktyabr 2021 23:08
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neçə vaxtdır, ümüdlə gözləyirdim. Gözləyirdim ki, möcüzə olacaq. Olmadı! Olmadı!"

Teleqraf.com xəbər verir ki, bu fikirləri şəxsi Facebook səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün koronivirusa yoluxma səbəbindən vəfat edən tanınmış jurnalist Elnur Əşrəfoğlu barəsində qeyd edib.

Əflatun Amaşov daha sonra vurğulayıb:

"Amansız COVID Elnuru da aldı əlimizdən, kisəmizdən götürdü. Sarsıldım. Çox sarsıldım. Yaxşı jurnalistin yetişməsi çətin prosesdir. Yaxşı idman jurnalistinin yetişməsi sahənin spesifikliyi baxımdan daha çətindir məncə. Elnur yetişmişdi, püxtələşmişdi. Elnur Əşrəfoğlu adlı imza sahibiydi Elnur.

Elnur həm də sadə, səliqəli, böyük-kiçik yeri bilən, qayğıkeş bir insan olaraq da yetişmiş, formalaşmışdı. Bütün bunlara və sadalamadığım bir çox insani keyfiyyətlərinə görədir ki, yoxluğu çox ağırdır. Hədsiz ağır.

Jurnalist Elnur Əşrəfoğlunun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin. Nur içində yatsın!".


Müəllif: Teleqraf.com