20 Oktyabr 14:39

30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq.

Teleqraf.com “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunacaq. Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilməsi planlaşdırılır.

Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.

Bütün kitabsevərlər dəvətlidir.

Qeyd edək ki, ANİB tərəfindən növbəti sərginin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com